KTMT və Rusiya Təhlükəsizlik Şurasının katibləri görüşüb: Hansı məsələlər müzakirə olunub?

2026/05/1778221762.jpg
Oxunub: 317     10:28     08 May 2026    
KTMT-nin baş katibi Taalatbek Masadikov ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Taalatbek Masadikov Sergey Şoyquya cari ilin birinci yarısında KTMT-yə üzv dövlətlərin rəhbərliyi ilə keçirilən görüşlərin nəticələri, həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2025-ci il noyabr sessiyasında qəbul edilən qərarların icrası üzrə tədbirlər planının həyata keçirilməsi və Rusiyanın sədrliyi dövründə təşkilatın fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat verib.

“Həmsöhbətlər mayın 26-na planlaşdırılan KTMT Təhlükəsizlik Şuraları katibləri komitəsinin iclasının gündəliyini və təşkilatın fəaliyyətinə aid digər aktual məsələləri də müzakirə ediblər. 2026-cı ildə KTMT-də Rusiyanın sədrliyi “Çoxqütblü dünyada kollektiv təhlükəsizlik: vahid məqsəd, ümumi məsuliyyət” şüarı altında həyata keçirilir”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Rusiya  


Bizi "telegram"da izləyin