Paşinyanın 2026-cı ildə İrana səfəri barədə nə məlumdur?

2026/05/1778139450.jpg
Oxunub: 470     19:11     08 May 2026    
“Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfər tarixinin hələ müəyyən edilmədiyi bildirilib”.

Ordu.az xəbər verir ki, bu barədə “İrəvan dialoqu” beynəlxalq konfransı çərçivəsində “Sputnik Armenia”ya İranın Ermənistandakı səfiri Xəlil Şirğolami bildirib.

Qeyd edək ki, hələ fevral ayında Şirğolami tərəflərin Paşinyanın ehtimal olunan 2026-cı il səfəri zamanı strateji əməkdaşlıq haqqında sənəd imzalamağı planlaşdırdıqlarını açıqlamışdı.

“Səfər ideyası səsləndi, amma sonra bir sıra hadisələr, o cümlədən İrana qarşı müharibə baş verdi və ölkə tam şəkildə aqressiyaya cavab verməyə fokuslandı. Nəticədə bəzi planlar təxirə salındı”, - deyə diplomat izah edib.

Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammiti fonunda o ümid etdiyini bildirib ki, İrəvan öz potensialı və mövcud imkanlarından istifadə edərək müxtəlif geosiyasi aktorlarla balanslaşdırılmış tərəfdaşlığı qoruyub saxlaya biləcək.

“Əsas odur ki, regiondakı bütün oyunçuların maraq və narahatlıqları nəzərə alınsın”, - deyə səfir vurğulayıb.

İranlı diplomat regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsini vacib hesab edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   İran  


Bizi "telegram"da izləyin