Haluk Bayraktar: "Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirir"

2026/05/Ekran-1777983330.jpg
Oxunub: 330     15:59     05 May 2026    
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da güclənir.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyənin bir sıra aparıcı şirkətləri – "Baykar", "Roketsan", "ASELSAN" və digər müdafiə sənayesi müəssisələri Azərbaycanda ortaq istehsal və investisiya layihələri həyata keçirir:

"İki ölkə arasında birgə müəssisələr çərçivəsində istehsal fəaliyyəti davam etdirilir və yeni texnoloji layihələr üzrə əməkdaşlıq genişləndirilir"

H.Bayraktar həmçinin bildirib ki, "Baykar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yaradılan istehsal müəssisələrində bəzi məhsulların istehsalı həyata keçirilir:

"Azərbaycan və Türkiyə müdafiə sənayesində qardaş ölkələr olaraq yüksək səviyyədə əməkdaşlığı davam etdirir və bu tərəfdaşlıq getdikcə daha da dərinləşir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin