Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, saat 13:30 radələrində Ermənistan Daxili İşlər Nazirliyinə Baqratunyats 13 ünvanında atışma olduğu və yaralı olduğu barədə məlumat daxil olub.
Qeyd edilib ki, hadisə yerinə polis gəlməzdən əvvəl güllə yarası alan bir şəxs xəstəxanaya aparılıb. Lakin qısa müddət sonra Şenqavit polis şöbəsinə məlumat daxil olub ki, yaralı ölüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, hadisənin şəraiti, ölənin və atəş açanın kimliyi araşdırılır, həmçinin cinayəti törədən şəxsin və istifadə olunan silahın tapılması istiqamətində tədbirlər görülür.
Hadisə yerində qan izləri, siqaret və digər şübhəli əşyalar aşkar edilib. Ərazidə toplaşan və kameraya danışmaqdan imtina edən vətəndaşlar bildiriblər ki, ölən təxminən 40 yaşlarında olub və adı Artyomdur.
Alpər Mövludoğlu
Ordu.az