HDQ komandanı "SAHA 2026" sərgisində müasir hərbi dəniz sistemləri ilə tanış olub - FOTO

2026/05/Ekran-1777980364.jpg
Oxunub: 457     15:06     05 May 2026    
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şahin Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA 2026" müdafiə və aerokosmik sərgisində iştirak edib.

Ordu.az xəbər verir ki, o, Azərbaycan nümayəndə heyəti ilə birlikdə müxtəlif stendləri ziyarət edərək yeni texnologiyalar barədə məlumat alıb.

Ş.Məmmədov sərgidə nümayiş etdirilən müasir hərbi dəniz sistemləri və müdafiə sənayesi məhsulları ilə yaxından tanış olub.

HDQ komandanı sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə də görüşüb. Görüşdə Azərbaycan müdafiə sənayesinin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq imkanları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Onlar, həmçinin müasir hərbi texnologiyaların tətbiqi və dəniz qüvvələrinin potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Azərbaycan  


Bizi "telegram"da izləyin