“Sarsılmaz” SAHA 2026-da inteqrasiya olunmuş müdafiə ekosistemini nümayiş etdirir

2026/05/1777978561.jpg
Oxunub: 367     14:52     05 May 2026    
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “Sarsılmaz” SAHA EXPO 2026 çərçivəsində yeni nəsil müdafiə sistemlərini və inteqrasiya olunmuş istehsal imkanlarını beynəlxalq auditoriyaya təqdim edib.

Ordu.az xəbər verir ki, 150 illik istehsal və mühəndislik təcrübəsinə malik şirkət silah, sursat, robotik platformalar, uzaqdan idarə olunan sistemlər və yüksək dəqiqlikli istehsal sahələrində kompleks həllər təqdim edir.

“Sarsılmaz”ın baş direktor müavini Murat Akalın bildirib ki, müasir döyüş meydanında uğur artıq tək bir məhsuldan deyil, inteqrasiya olunmuş sistemlərdən asılıdır.

Onun sözlərinə görə, sərgidə platforma, sensor, proqram təminatı və silah sistemlərinin birlikdə işlədiyi kompleks struktur nümayiş etdirilib.

Şirkətin İdarə Heyətinin sədri Latif Aral Aliş isə qeyd edib ki, şirkət 1880-ci ildən bu günə qədər inkişaf edərək qlobal miqyasda rəqabət aparan texnologiya şirkətinə çevrilib.

O bildirib ki, “Sarsılmaz” artıq yalnız istehsalçı deyil, müdafiə ekosistemini formalaşdıran mühüm texnoloji aktordur.

Şirkət 80-dən çox ölkəyə ixrac həyata keçirir və məhsul portfelini genişləndirməklə qlobal mövqeyini gücləndirir.

Sərgidə SAR9 SP “Special” tapançası, SAR “Drone Killer” sistemi, SAR 556 MT pulemyotu, SARBOT-un yeni versiyası, BEST “Defence” UKSS sistemi və TR “Mekatronik”in 20 mm topu nümayiş etdirilib.

Şirkət inteqrasiya olunmuş “ucdan-uca həll” yanaşması ilə müdafiə sənayesində mühəndislik və istehsal imkanlarını beynəlxalq səviyyədə nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin