Ordu.az xəbər verir ki, nazir müxtəlif ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşərək hərbi-texniki əməkdaşlıq, birgə istehsal layihələri və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Görüşlərdə müdafiə sənayesində yeni texnologiyaların tətbiqi, sənaye kooperasiyası və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Sərgi çərçivəsində baş tutan görüşlərin Azərbaycanla tərəfdaş ölkələr arasında müdafiə sənayesi sahəsində əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilir.
Ordu.az