Əraqçi Çin səfəri çərçivəsində ikitərəfli və regional məsələləri müzakirə edəcək

2026/05/1777642348.jpg
Oxunub: 388     14:34     05 May 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar aparmaq üçün bu gün Çinə yola düşəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Al-Jazeera" ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Səfər zamanı o, çinli həmkarı Van İ ilə görüş keçirəcək, ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəlik müzakirə olunacaq", - məlumatda bildirilib.

Telekanal qeyd edib ki, görüş fevralın 28-də başlamış münaqişənin dayandırılması üzrə ABŞ və İran arasındakı danışıqların dalana dirənməsi fonunda keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Çin  


Bizi "telegram"da izləyin