Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, mərasimin əvvəlində hər iki ölkənin dövlət himnləri səsləndirilib.
“Daha sonra Nikol Paşinyan və Emmanuel Makron qırmızı xalça üzərindən keçərək hərbçiləri salamlayıb və iki ölkənin nümayəndə heyətlərinə yaxınlaşıblar.
Ermənistan tərəfindən tədbirdə xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, iqtisadiyyat naziri Gevorq Papoyan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan və xarici işlər nazirinin müavini Vahan Kostanyan iştirak edirlər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az