“Avropa İttifaqı Ermənistan xalqına öz yolunu seçməkdə dəstək verəcək” - Kallas

2025/12/1764677977.jpg
Oxunub: 361     14:29     05 May 2026    
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, tarixdə ilk Ermənistan-Avropa İttifaqı sammiti mühüm diplomatik hadisə olub və tərəflər arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyub.

Ordu.az xəbər verir ki, o, yüksək səviyyəli dialoqun əhəmiyyətini vurğulayıb.

Kallasın sözlərinə görə, Ermənistan Avropa İttifaqının Cənubi Qafqazla münasibətlərində mühüm rol oynayır.

Məlumata görə, sammit zamanı tərəflər ticarət, enerji və rəqəmsal inkişaf da daxil olmaqla bir sıra strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

O qeyd edib ki, Avropa İttifaqı Ermənistanın sabitliyinin möhkəmləndirilməsi istiqamətində də dəstəyini davam etdirəcək.

“Avropa İttifaqı Ermənistan xalqına öz yolunu seçməkdə dəstək verəcək”, - deyə o vurğulayıb.

Kallas əlavə edib ki, bu çərçivədə yeni missiyanın başlanması planlaşdırılır və bu missiya xarici təsirlərə qarşı mübarizəyə və ölkənin institusional dayanıqlılığının gücləndirilməsinə yönəlib.

Onun sözlərinə görə, Ermənistan ilə tərəfdaşlığın inkişafı Avropa İttifaqının Cənubi Qafqaz siyasətində mühüm yer tutur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Ermənistan    


Bizi "telegram"da izləyin