İranda özünü İsa Məsih kimi təqdim edən şəxs saxlanılıb

2026/05/1777976458.jpg
Oxunub: 341     14:14     05 May 2026    
İran hüquq-mühafizə orqanları Yəzd vilayətində özünü İsa Məsih kimi təqdim edən bir dini cərəyanın rəhbərini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə vilayətin prokuroru Mehdi Həsənpur məlumat verib.

Onun sözlərinə görə, sözügedən şəxs əvvəlcə özünü “Allahın seçilmişi” kimi təqdim edib, daha sonra isə ilahi mənşəyə malik olduğunu iddia edərək İsa Məsihə istinad edib.

“Sözügedən şəxs xurafat yayaraq tərəfdarlarını qəribə zahidlik mərasimlərini yerinə yetirməyə məcbur edib və onları şəxsi məqsədləri üçün istifadə edib”, - deyə prokurorun sözlərini “Mehr” agentliyi sitat gətirib.

Prokuror bildirib ki, bu cərəyanın üzvləri Qurani-Kərimi yandırıb, müqəddəs yerləri təhqir edib, müsəlman din xadimlərini təhqir edib və həmçinin dualar edərək İsrailin İran üzərində qələbəsini arzulayıblar.

Onun sözlərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində bu cərəyanın fəaliyyətində əsas rol oynayan üç nəfər saxlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsa-Məsih  


Bizi "telegram"da izləyin