Ermənistan-Avropa İttifaqı sammitinin yekunlarına görə sənədlərin imzalanması mərasimi keçirilib

2026/05/1777973955.jpg
Oxunub: 359     13:37     05 May 2026    
Ermənistan-Avropa İttifaqı sammitinin nəticələrinə əsasən 2026-cı il mayın 5-də bir sıra sənədlər imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu çərçivədə Ermənistan-Avropa İttifaqı əlaqələndirmə tərəfdaşlığına dair sənəd imzalanıb.

“Sənədi xarici işlər nazirinin müavini Vahan Kostanyan və Avropa Komissiyasının nümayəndəsi Adrienn Kiraly imzalayıblar. Avropa İttifaqı Ermənistanda investisiyaların təşviqi məqsədilə yerli şirkət və fondlara altı niyyət məktubu təqdim edib.

Bundan əlavə, Ermənistan daxili işlər naziri Arpine Sarkisyan və Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin icraçı direktoru Hans Leiytens sərhəd idarəçiliyi sahəsində əməkdaşlığa dair sənəd imzalayıblar. Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos daxili işlər nazirinə viza liberallaşdırılması üzrə irəliləyiş hesabatını təqdim edib”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, hesabatda bütün şərtlər yerinə yetirildiyi təqdirdə Ermənistan ilə Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi ilə bağlı tövsiyələr yer alıb.

Vurğulanıb ki, sənədlər Ermənistan-Avropa İttifaqı ilk sammiti çərçivəsində Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Koştanın iştirakı ilə imzalanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin