Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Koşta vurğulayıb ki, bu sammit ikitərəfli tərəfdaşlığın inkişafında mühüm mərhələdir və tərəflərin vətəndaşlara, biznesə və cəmiyyətə praktiki fayda vermək niyyətini əks etdirir.
Koştanın sözlərinə görə, Ermənistanın coğrafi mövqeyi dəyişməz qalsa da, ölkədə dərin daxili dəyişikliklər baş verib.
Avropa Şurasının sədri regionda formalaşan yeni mühitə də diqqət çəkib və bunun Ermənistan ilə Azərbaycan arasında aparılan dialoqla bağlı olduğunu bildirib.
Koşta qeyd edib ki, sabit və inkişaf edən Cənubi Qafqaz regionu ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Alpər Mövludoğlu
Ordu.az