Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib

2026/05/1777972247.jpg
Oxunub: 292     12:57     05 May 2026    
Qazaxıstanda Prezident Administrasiyasına yeni rəhbər təyinatı olub.

Ordu.az Akordaya istinadən xəbər verir ki, Roman Sklyar bu vəzifəyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə təyin edilib.

Bu təyinatdan əvvəl Sklyar Qazaxıstan Baş nazirinin birinci müavini vəzifəsində çalışıb.

Aybek Dadebay əvvəllər Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutub. Qazaxıstan Prezidentinin fərmanı ilə o, başqa vəzifəyə keçməsi ilə əlaqədar bu vəzifədən azad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Prezident-Administrasiyası  


Bizi "telegram"da izləyin