“Ermənistanda hazırkı rusofob qüvvələr mövqelərini gücləndirsə, Rusiya ilə münasibətlər geri dönməz ola bilər” - Kosaçev

2026/05/1777970801.jpg
Oxunub: 419     12:45     05 May 2026    
Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev Ermənistan-Avropa İttifaqı münasibətlərinə münasibət bildirərək Brüsseli “fırıldaqçılıqda” ittiham edib.

Ordu.az xəbər verir ki, o, Avropa İttifaqının əslində Ermənistanın üzvlüyünü gözləmədiyini bildirib.

“Heç kim Ermənistanı Avropa İttifaqında gözləmir, bu Brüsselin növbəti fırıldağıdır”, - deyə Kosaçev öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, transatlantik icmanın əsas məqsədi Ermənistan ilə Rusiya arasındakı əlaqələri çətinləşdirməkdir.

Kosaçev bildirib ki, erməni-rus münasibətlərinin pisləşməsi tendensiyası müşahidə olunur, halbuki bu münasibətlər əvvəlki nəsillərin səyləri ilə qurulub və möhkəmləndirilib.

“Əgər iyunun 7-də keçirilməsi planlaşdırılan parlament seçkilərində anti-Rusiya mövqeli qüvvələr mövqelərini gücləndirsə, böhran geri dönməz xarakter ala bilər”, - deyə siyasətçi xəbərdarlıq edib.

O, həmçinin qeyd edib ki, İrəvanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi anti-Rusiya addımıdır.

“Avropa İttifaqının hüdudlarından kənarda belə sayda “rusofob”ların toplaşmasına nadir hallarda rast gəlinir. Moskvada, o cümlədən Federasiya Şurasında hesab edirlər ki, Ermənistan Rusiya ilə ortaq tarixə hörmət edir və Moskvaya zərər verəcək addımlar atmayacaq”, - deyə Kosaçev qeyd edib.

Ermənistan prezidenti Vahaqn Xaçatryan Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşdirilməsi niyyəti barədə qanunu təsdiqləyib və bu qanun 2025-ci il apreldən qüvvəyə minəcək.

Bildirilib ki, rəsmi üzvlük təklifi hələ təqdim olunmayıb.

Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Paruyr Hovhannisyan qeyd edib ki, bu qanun layihəsi üzvlük müraciəti deyil, yalnız əməkdaşlığın gücləndirilməsi niyyətini ifadə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosaçev   Ermənistan  


Bizi "telegram"da izləyin