Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın prezidenti Emmanuel Makron, Avropa Şurasının baş katibi Alen Bersen və digər yüksək səviyyəli rəsmilər iştirak edir.
Qeyd edilir ki, həmçinin tədbirdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç, Avropa İttifaqının nümayəndəsi Maqdalena Qrono, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və digər rəsmi şəxslər iştirak edir.
Konfrans çərçivəsində müzakirələr altı əsas mövzu üzrə aparılır.
Birinci mövzu “Geosiyasi parçalanmalardan kənarda” adlanır və burada dialoqun gərginliyin azaldılması, sülhün təmin olunması və dayanıqlı inkişaf üçün əhəmiyyəti vurğulanır.
İkinci mövzu “Qlobal qarşılıqlı əlaqə”dir və burada açıq sərhədlər və inkişaf etmiş infrastrukturun əhəmiyyəti qeyd olunur.
Üçüncü mövzu “Avropa İttifaqının genişlənməsi və Avropa inteqrasiyası”dır və burada Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.
Dördüncü mövzu “Demokratik dayanıqlılıq, hibrid təhdidlər və süni zəka”dır.
Beşinci mövzu “Yaşıl transformasiya”dır və burada biomüxtəlifliyin qorunması məsələləri müzakirə edilir.
Altıncı mövzu isə “Texnologiyalar və təhlükəsizlik arxitekturası”dır.
Qeyd olunur ki, 2026-cı il mayın 5-də həmçinin Ermənistan-Avropa İttifaqı ilk sammiti keçirilib.
Sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Antonio Koşta və Nikol Paşinyan iştirak edib.
Danışıqlar zamanı enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və infrastruktur sahələrində əməkdaşlıq müzakirə olunub və bir sıra sənədlər imzalanıb.
Bundan əlavə, 2026-cı il mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti də keçirilib.
Alpər Mövludoğlu
Ordu.az