Ordu.az xəbər verir ki, onun sözlərini “Anadolu” Agentliyi yayıb.
Dövlət başçısı Avropa İttifaqını Ankaranın konstruktiv mövqeyini poza biləcək addım və ritorikadan çəkinməyə çağırıb.
Onun sözlərinə görə, Türkiyə artıq əvvəlki Türkiyə deyil və dünya Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır.
Ərdoğan vurğulayıb ki, Türkiyənin tamhüquqlu üzvlüyü olmadan Avropa İttifaqı qlobal oyunçu və cazibə mərkəzi ola bilməz.
O, Brüsselin Ankaraya münasibətini uzaqgörməz adlandırıb.
Türkiyə Prezidentinin fikrincə, Avropanın Türkiyəyə ehtiyacı daha çoxdur və bu asılılıq gələcəkdə daha da artacaq.
Qeyd olunub ki, Türkiyə 1963-cü ildə Avropa İqtisadi Birliyi ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə üzvlük üçün rəsmi müraciət edib.
Avropa İttifaqına qoşulmaq üzrə danışıqlar isə yalnız 2005-ci ildə başlayıb və siyasi fikir ayrılıqları səbəbindən dəfələrlə dayandırılıb.
Sevinc Əliyeva
Ordu.az