Ordu.az xəbərverir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunlarına dair Aİ Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə birgə bəyanatla çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh sazişinin imzalanması və ratifikasiyası işlərin başa çatması demək deyil.
“Əksinə, sazişin mətnindən də göründüyü kimi, onun imzalanmasından sonra yeni razılaşmaların, o cümlədən sahəvi əməkdaşlıq üzrə sənədlərin bağlanması tələb olunacaq. Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Və əlbəttə ki, yolların bir-birimiz üçün tam açılması, o cümlədən Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur”, - deyə Paşinyan qeyd edib.
Ermənistanın Baş naziri bildirib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Alpər Mövludoğlu
Ordu.az