Leya Qutierres: "Mərkəzi və Qərbi Asiya ölkələri Orta Dəhliz boyunca koordinasiyanı gücləndirməlidir"

2026/05/Ekran-1777969005.jpg
Oxunub: 259     11:58     05 May 2026    
Mərkəzi və Qərbi Asiya ölkələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca Yaxın Şərq münaqişəsinin mənfi nəticələrini minimuma endirmək üçün ən yüksək səviyyədə regionlararası dialoqu və birgə fəaliyyətin koordinasiyasını gücləndirməlidir.

Ordu.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leya Qutierres (Leah Gutierrez) ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən və bankın bu regiondakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin təsirini azaltmağa yönəlmiş siyasi tədbirlər qiymət siqnallarının süni şəkildə qarşısını almalı deyil, sabitliyi təmin etməlidir.

"Fiskal dəstək ünvanlı olmalı və məhdud zaman kəsiyində göstərilməlidir. Mərkəzi banklar inflyasiya gözləntilərinin sabitliyini təmin etməklə yanaşı, ifrat bazar dəyişkənliyinin məhdudlaşdırılmasına diqqət yetirməli, Mərkəzi və Qərbi Asiya iqtisadiyyatları isə yüksək səviyyəli regional dialoqu intensivləşdirməli və Orta Dəhliz boyunca səyləri əlaqələndirməlidir", - L.Qutierres bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qutierres   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin