Ordu.az xəbər verir ki, bu barədə CNN tərəfindən aparılan təhlildə bildirilib.
Məlumata görə, İran və onun müttəfiqlərinin hücumları nəticəsində səkkiz ölkədə yerləşən azı 16 ABŞ hərbi obyekti zərər görüb.
Hədəflər arasında radar sistemləri, rabitə infrastrukturu, raketdən müdafiə sistemləri və hərbi aviasiya vasitələri olub. Bəzi bazaların ciddi zədələnməsi səbəbindən istifadəyə yararsız vəziyyətə düşdüyü bildirilib.
Hesabatda qeyd olunur ki, hücumlar təsadüfi deyil, yüksək strateji əhəmiyyət daşıyan obyektlərə yönəlib. İordaniyada yerləşən THAAD sistemlərinin radarları və BƏƏ-dəki radar obyektləri ciddi zərər görüb.
Eyni zamanda Səudiyyə Ərəbistanında yerləşən hava bazasına hücum zamanı ABŞ-yə məxsus Boeing E-3 Sentry erkən xəbərdarlıq təyyarəsinin məhv edildiyi bildirilib. Bəzi ekspertlər obyektlərin tam sıradan çıxdığını, digərləri isə onların bərpa edilə biləcəyini düşünür.
Bununla yanaşı, ilkin qiymətləndirmələrə görə, hücumların ABŞ-yə ümumi dəyəri 40-50 milyard dollar arasında ola bilər.

Sevinc Əliyeva
Ordu.az