Ordu.az xəbər verir ki, tədbir 2026-cı il avqustun 27-dən 30-dək Kocaeli şəhərində yerləşən “Gölcük” gəmiqayrma zavodunda keçiriləcək.
Tədbirdə dəniz nümayişləri, Türkiyə Hərbi Dəniz Qüvvələrinin yeni məhsulları, insansız dəniz platformaları və müxtəlif texnoloji təqdimatlar yer alacaq.
Bundan əlavə, tədbir çərçivəsində insansız sualtı sistemlər, sualtı raket və insansız dəniz platforması yarışmaları keçiriləcək.
Gənc iştirakçılar bu yarışlarda öz bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd olunub ki, TEKNOFEST 2026 festivalı isə Şanlıurfa şəhərində keçiriləcək.
Festival 2026-cı il sentyabrın 30-dan oktyabrın 4-dək Şanlıurfa GAP hava limanında təşkil olunacaq və iştirak ödənişsiz olacaq.
Sevinc Əliyeva
Ordu.az