BƏƏ Braziliyadan 20 ədəd KC-390 hərbi nəqliyyat təyyarəsi alır

2026/05/1777967305.jpg
Oxunub: 321     11:43     05 May 2026    
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesi ekosistemini idarə edən “Tawazun Council for Defence Enablement” Braziliyanın “Embraer” şirkəti ilə KC-390 hərbi nəqliyyat təyyarələrinin alınmasına dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə 10-u dəqiq, 10-u isə seçim olmaqla ümumilikdə 20 təyyarəni əhatə edir.

Sənəd “Tawazun Council”un baş katibi Nasser Humaid Al Nuaimi və “Embraer Defense & Security” şirkətinin rəhbəri Bosko da Kosta Cunior tərəfindən imzalanıb.

Mərasimdə BƏƏ-nin vitse-prezidenti Mənsur bin Zayed Əl Nahyan və “Embraer” şirkətinin rəhbəri Fransisko Qomes Neto da iştirak edib.

Müqaviləyə əsasən C-390 parkı üçün texniki xidmət, təmir və modernləşdirmə imkanları yerli müdafiə şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Bunun həm əməliyyat müstəqilliyini artıracağı, həm də yerli müdafiə sənayesinə töhfə verəcəyi bildirilib.

BƏƏ Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə komandanlığı uzunmüddətli texniki və əməliyyat qiymətləndirmələrindən sonra bu təyyarəni seçib.

Seçim zamanı performans, etibarlılıq, istismar xərcləri və əməliyyat effektivliyi əsas meyarlar olub.

Qeyd olunub ki, bu sifariş KC-390 üçün bir ölkə tərəfindən verilən ən böyük beynəlxalq sifarişdir və eyni zamanda onun Yaxın Şərqdə ilk uğuru hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Braziliya  


Bizi "telegram"da izləyin