Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi xadim Metakse Hakobyan jurnalistlərə açıqlamasında bildirib.
Hakobyan qeyd edib ki, mövcud hakimiyyət Ermənistanın deyil, digər dövlətlərin maraqlarını müdafiə edir və həmin dövlətlərin nümayəndələri onları dəstəkləmək üçün gəlib.
Erməni siyasi xadim bildirib ki, sammitin gedişi və Fransa Prezidenti Emmanuel Makronun davranışı Ermənistan üçün müsbət proseslərin getmədiyini göstərir.
“Burada tam dəstək var və bu səbəbdən Ermənistanın suverenliyi təhlükə altındadır”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az