Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bəyanatında bildirib.
“Hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir”,-deyə Kuperin komandanlığın rəsmi saytında yayımlanan bəyanatında deyilir.
O əlavə edib ki, ötən gün ərzində komandanlıq onlarla gəmi sahibi və gəmiçilik şirkətləri ilə əlaqə saxlayaraq onlara Hörmüz boğazından təhlükəsiz keçidi təmin edəcəyinə zəmanət verib.
Ordu.az