Qalibaf: "Hörmüz ətrafında yeni geosiyasi reallıq formalaşır"

2026/03/1773345912.jpg
Oxunub: 295     10:27     05 May 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazı ətrafında yeni geosiyasi reallığın formalaşdığını bəyan edib.

Ordu.az xəbər verir ki, o bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Hörmüz boğazı ətrafında yeni reallıq tədricən möhkəmlənir. Gəmiçilik və enerji resurslarının tranzitinin təhlükəsizliyi ABŞ və onun atəşkəs rejimini pozan və blokada tətbiq edən müttəfiqlərinin hərəkətləri səbəbindən təhlükə altına düşüb. Lakin onların zərərli təsiri azalacaq", - o deyib.

Qalibafın sözlərinə görə, regiondakı indiki vəziyyət ABŞ üçün əlverişli deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   Hörmüz  


Bizi "telegram"da izləyin