Ordu.az “News.am”a istinadən xəbər verir ki, tədbir Ermənistan prezidentinin iqamətgahında, marşal Bağramyan prospektində keçirilir.
Məlumata görə, sammitin keçirildiyi məkana gələn Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının Prezidenti Antoniu Koştanı Ermənistanın Baş naziri Nikol Paşinyan qarşılayıb.
“Hərbi orkestrin ifasında himnlər səsləndirilib. Rəsmi qarşılama mərasimindən sonra sammit KİV üçün qapalı formatda davam etdirilib.
Xatırladaq ki, bir gün əvvəl Ermənistanın paytaxtında Avropa Siyasi Birliyinin zirvə toplantısı açılmışdı”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az