Makronun səhər qaçışı zamanı itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri ona məktub təqdim ediblər

2026/05/1777963503.jpg
Oxunub: 385     10:44     05 May 2026    
Fransa Prezidenti Emmanuel Makrona itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri adından məktub təqdim olunub.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, səhər tezdən Makron təhlükəsizlik əməkdaşları ilə birlikdə İrəvanın mərkəzində 6 kilometrlik qaçış edib.

Məlumata görə, təxminən 50 dəqiqə davam edən qaçışdan sonra Fransa Prezidentinin qaldığı “Armenia Marriott” hotelinin yaxınlığında onu bir neçə erməni sakin gözləyib.

Nəşr qeyd edib ki, onlardan bəziləri sadəcə şəkil çəkdirmək, digərləri isə problemlərini Avropa liderinin diqqətinə çatdırmaq istəyiblər.

“44 günlük müharibədə itkin düşmüş hərbi qulluqçulardan birinin atası Liparit Tovmasyan məktubu Makrona şəxsən təqdim edib. O, “Sputnik Armenia”ya bildirib ki, məktubda Makrondan itkin düşmüş övladları barədə məlumatların əldə olunmasına kömək göstərməsi və bu məsələni gündəmə gətirməsi xahiş olunur.

Hotelin yaxınlığında ictimai fəal Hovhannes İşxanyan da olub. Ona Fransa Prezidentinə yaxınlaşmağa icazə verilməsə də, bir neçə addım məsafədən öz müraciətini və xahişini Makrona çatdıra bilib. İşxanyan Makrona ölkə Konstitusiyasını pozan şəxsə dəstək verməmək çağırışı edib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında iştirak etmək üçün Ermənistana səfər edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ermənistan  


Bizi "telegram"da izləyin