Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin Ermənistan hökumətinə yaxın mənbələrinin məlumatına görə, söhbət rüşvət vermə və alma ilə bağlı cinayət məsuliyyətinin yenidən nəzərdən keçirilməsindən gedir.
“Hakimiyyət bu maddəni daha da sərtləşdirmək niyyətindədir. Müzakirə olunan dəyişikliklər yalnız cəza tədbirlərinin sərtləşdirilməsini deyil, həm də həbs müddətlərinin mümkün uzadılmasını əhatə edir.
Dövriyyədə olan məlumatlara görə, təşəbbüsün əsas məqsədi rüşvət işləri üzrə daha sərt hüquqi yanaşmanın müəyyən edilməsidir. Hələlik layihə rəsmi şəkildə təqdim olunmasa da, hüquq çevrələrində yaxın günlərdə onun dövriyyəyə buraxıla biləcəyi müzakirə olunur. Bildirilir ki, bunun üçün parlament hökumətin təşəbbüsü ilə növbədənkənar iclas çağırmalıdır”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, əgər təşəbbüs qəbul olunarsa, rüşvət vermə və alma işlərində ittiham olunan şəxslərə qarşı daha sərt sanksiyalar, o cümlədən daha uzunmüddətli həbs tədbirləri tətbiq edilə bilər.
Alpər Mövludoğlu
Ordu.az