Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, müzakirəyə çıxarılacaq prokurorluq hesabatında ümumi cinayətkarlığın azalmasına baxmayaraq, bir sıra ağır və ictimai narahatlıq doğuran cinayət növlərində ciddi artım qeydə alındığı göstərilib.
“Məlumata görə, 2025-ci ildə Ermənistanda 40 min 722 cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 3,2 faiz azdır. Xuliqanlıq hallarında da azalma müşahidə olunub. Belə ki, ötən il 877 fakt qeydə alınmışdısa, bu il bu rəqəm 777-yə düşüb.
Lakin ümumi azalma fonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində kəskin artım xüsusilə narahatlıq doğurur. Bu qəbildən olan cinayətlərin sayı 4595-ə çatıb ki, bu da bir il ərzində 685 fakt və ya 19,7 faiz artım deməkdir. Ən ciddi vəziyyət İrəvanda müşahidə olunur. Paytaxtda 2467 belə hal qeydə alınıb və artım 38,1 faiz təşkil edib”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, narkotik vasitələrin satışı məqsədilə törədilən cinayətlər də artıb.
“Bu cür halların sayı 2426-ya çatıb, onlardan 1536-sı İrəvanda qeydə alınıb. Yalnız paytaxt üzrə bu göstərici 30,5 faiz artıb”, - deyə müəllif əlavə edib
Alpər Mövludoğlu
Ordu.az