Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə agentlik hərbi dairələrdəki mənbəsinə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahillərinə doğru hərəkət edirdi.
İnsident barədə məlumat ABŞ-nin bir neçə İran qayığını batırdığı ilə bağlı xəbərlərin yoxlanılmasından sonra üzə çıxıb.
Bundan əvvəl “Associated Press” agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperə istinadən bildirmişdi ki, ABŞ hərbi helikopterləri Hörmüz boğazında İrana məxsus altı kiçik qayığı batırıb.
İran isə bu iddiaları təkzib edərək mayın 4-də ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir nəqliyyat vasitəsinin ABŞ tərəfindən batırılmadığını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az