Ordu.az “Hraparak”a istinadən xəbər verir ki, həmin nömrədə bir gecəlik qalma qiyməti 900 min dramdır.
Qəzetin yazdığına görə, Fransa nümayəndə heyəti Ermənistana üç qrup şəklində gəlib.
“İlk iki qrup əvvəlcədən hazırlıq və təhlükəsizlik işlərini həyata keçirmək üçün daha tez çatıb. Onlar Makronun şəxsi əşyalarını da özləri ilə gətiriblər və prezident hotelə gəlməzdən əvvəl geyimləri hotel əməkdaşlarına təqdim ediblər ki, yuyulub ütülənsin.
Lakin mənbəmiz bildirib ki, Makronun geyimləri “Marriott”un öz camaşırxanasında yuyulmayıb. Məlumata görə, əməkdaşlar geyimləri peşəkar təmizlənməyə aparıblar, işin başa çatmasını gözləyiblər və sonra yenidən hotelə qaytarıblar. Səfər zamanı hər şeyin hazır olması üçün bu prosesə xüsusi diqqət yetirilib”, - deyə nəşr bildirib.
Müəllif, həmçinin qeyd edib ki, “Marriott” hotelində gücləndirilmiş nəzarət tətbiq olunub və əlavə müşahidə kameraları quraşdırılıb.
“Yüksəksəviyyəli qonaqların digər hissəsi isə “Alexander” və “Golden Palace” hotellərində yerləşdirilib”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az