Ordu.az “Hraparak”a istinadən xəbər verir ki, partiya rəhbərliyi siyahının ikinci 50-liyində dəyişiklik etmək, 100-dən sonrakı yerlərlə bağlı qərarı isə Nikol Paşinyanın təkbaşına verməsi barədə qərar qəbul etmişdi.
“Lakin sonda siyahı olduğu kimi qalıb və hər kəs daxili seçkilərdə tutduğu yerdə saxlanılıb. Daxili səsvermənin nəticələrinə əsasən, bir sıra tanınmış partiya üzvləri və deputatlar arxa sıralarda qərarlaşıblar.
Məsələn, parlamentin sosial məsələlər komissiyasının sədri Heriknaz Tiqranyan 96-cı yerdə, Mariya Karapetyan isə daha geridə yer alıb”, - deyə nəşr bildirib.
“Hraparak” vurğulayıb ki, partiyadakı bəzi qruplar belə şəxslərin daha ön sıralara çəkilməsini istəyirdilər.
“Lakin qəzetin yazdığına görə, Paşinyan bu dəyişikliklərin komandada narazılıq yaradacağından və həlledici məqamda yeni etiraz dalğasına səbəb olacağından ehtiyat edərək siyahını dəyişmədən saxlayıb”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az