Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.
“Baş verən hadisələr göstərir ki, siyasi böhranın hərbi həlli yoxdur”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.
Əraqçi bildirib ki, Pakistanın vasitəçiliyi ilə danışıqlar irəlilədiyi halda, ABŞ ehtiyatlı olmalıdır.
Əraqçi qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri də eyni yanaşmanı sərgiləməlidir.
Nazir “Azadlıq” əməliyyatını çıxılmaz vəziyyət adlandırıb və bildirib ki, Hörmüz boğazından ticarət gəmilərinin keçirilməsi bu yolla mümkün deyil.
Qeyd edək ki, daha əvvəl BƏƏ Müdafiə Nazirliyi İranın ölkə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlamışdı.
Həmçinin Fuceyra limanında pilotsuz uçuş aparatı hücumu nəticəsində yanğın baş verib və Hindistanın üç vətəndaşı xəsarət alıb.
Məlumata görə, CNN İran raketlərinin qarşısını almaq üçün İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemindən istifadə edildiyini bildirib.
Bundan əlavə, Qətər və Səudiyyə Ərəbistanı BƏƏ ilə həmrəylik nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az