Ordu.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Bildirilib ki, sözügedən gəmilər İran limanlarından çıxan və ya bu limanlara doğru hərəkət edən ticarət gəmiləridir.
“Bu günə qədər 50 ticarət gəmisi blokadanın təmin edilməsi məqsədilə ABŞ qüvvələri tərəfindən yönləndirilib”, - deyə açıqlamada qeyd olunub.
Məlumata görə, blokadanın təmin edilməsi üçün ABŞ İranın cənub-şərqində, Ərəb dənizində güclü hərbi-dəniz qruplaşması cəmləşdirib.
Bu qruplaşmaya iki aviadaşıyıcı, üç böyük desant gəmisi, 13 raket esminesi və bir neçə mina axtaran gəmi daxildir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, blokada İranla sülh razılaşması əldə olunana qədər qüvvədə qalacaq.
İran isə bu addımı mövcud atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.
Sevinc Əliyeva
Ordu.az