“Fox News”: ABŞ İran əleyhinə hərbi əməliyyatları bərpa etməyə yaxındır

2026/03/1774611672.jpg
Oxunub: 358     08:29     05 May 2026    
ABŞ İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmağa yaxınlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, bu qərar İranın ABŞ gəmilərinə hücum etməsi və Birləşmiş Ərəb Əmirliklərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsindən sonra gündəmə gəlib.

Rəsmi şəxslər bildiriblər ki, vəziyyət əvvəlki günlə müqayisədə daha da gərginləşib.

Qeyd olunub ki, yekun qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcək və ABŞ ordusu əməliyyatlara hazır vəziyyətdədir.

Bundan əvvəl CENTCOM rəhbəri Bred Kuper bildirib ki, “Azadlıq” əməliyyatı çərçivəsində ABŞ qüvvələri İranın altı hərbi sürətli katerini məhv edib.

ABŞ Müharibə Nazirliyinin nümayəndəsi qeyd edib ki, amerikalı komandirlər ticarət gəmiçiliyini qorumaq üçün bütün səlahiyyətlərə malikdir.

Onun sözlərinə görə, ABŞ qüvvələri təhlükə aşkar etdikdə zərbə endirmək hüququnu özündə saxlayır.

“Biz bu təhdidləri aradan qaldırmaq hüququnu saxlayırıq və ilk atəşi gözləmək məcburiyyətində deyilik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin