Ordu.az çərşənbə axşamına keçən gecə Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir
Hörmüz boğazı keçildikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin raket esminesləri Fars körfəzində fəaliyyətlərini davam etdirir. Bu barədə bunu ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələri dəniz blokadası zamanı İranla əlaqəli olan, İran limanlarından çıxan və ya onlara doğru hərəkət edən 50 ticarət gəmisini ələ keçirib.
ABŞ Hərbi Dəniz Qüvvələri dəniz blokadası zamanı İranla əlaqəli olan, İran limanlarından çıxan və ya onlara doğru hərəkət edən 50 ticarət gəmisini ələ keçirib. Bu barədə CENTCOM məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, siyasi böhran hərbi üsullarla həll oluna bilməz. “Hörmüzdə baş verən hadisələr açıq şəkildə göstərir ki, siyasi böhranın hərbi həlli mövcud deyil”, - deyə Əraqçi “X” sosial şəbəkəsində yazıb.
ABŞ İran əleyhinə “genişmiqyaslı hərbi əməliyyatları” bərpa etməyə yaxınlaşır. Bu barədə “Fox News” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Bazar ertəsi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki raket aviadaşıyıcısı Hörmüz boğazında Fars körfəzinə doğru tapşırıq icra etmək üçün hərəkət edərkən İran qüvvələrinin intensiv hücumuna məruz qalıb. Bu barədə “CBS News” Pentaqon nümayəndələrinə istinadən məlumat yayıb.
Sevinc Əliyeva
Ordu.az