“Chevron”: Hörmüz boğazının bağlanması qlobal neft qıtlığı yarada bilər

2026/03/1773466996.jpg
Oxunub: 431     09:21     05 May 2026    
ABŞ-nin “Chevron” şirkəti Hörmüz boğazının bağlanması səbəbindən dünya üzrə neft təchizatında fiziki qıtlıq yaranacağını proqnozlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şirkətin baş direktoru Mayk Virt bildirib ki, qlobal neft tədarükünün təxminən 20 faizi məhz Hörmüz boğazı vasitəsilə daşınır.

Onun sözlərinə görə, boğazın bağlanması halında iqtisadi geriləmə ilk növbədə Asiyada hiss olunacaq.

Öz növbəsində Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibə uzanarsa, qlobal iqtisadiyyat daha ciddi nəticələrlə üzləşə bilər.

O bildirib ki, belə halda neftin qiyməti bir barel üçün 125 dollara qədər yüksələ bilər və bu, qlobal iqtisadi artımı əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Neft  


Bizi "telegram"da izləyin