Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, bu qiymətləndirmə ötən yaydan bəri dəyişməyib. Həmin vaxt analitiklər ABŞ-İsrail hücumlarının bu prosesi təxminən bir il gecikdirdiyini hesab edirdi.
Məlumata görə, iki ay davam edən müharibədən sonra da Tehranın nüvə proqramı ilə bağlı ümumi qiymətləndirmələr əsasən dəyişməz qalıb.
ABŞ və İsrailin fevralın 28-də başlayan hücumlarının əsasən adi hərbi obyektlərə yönəldiyi, lakin İsrailin bəzi mühüm nüvə obyektlərini də hədəfə aldığı qeyd olunur.
ABŞ kəşfiyyatı hesab edir ki, İran kifayət qədər uran istehsal edərək təxminən 3-6 ay ərzində nüvə bombası yarada bilər.
Bununla yanaşı, Beynəlxalq Atom Enerjisi Agentliyi 60 faiz zənginləşdirilmiş təxminən 440 kiloqram uranın yerləşdiyi yeri təsdiqləyə bilməyib.
Agentliyin qiymətləndirməsinə görə, bu ehtiyatlar əlavə zənginləşdirmə şərti ilə təxminən 10 nüvə bombası üçün kifayət edə bilər.
Sevinc Əliyeva
Ordu.az