Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“Biz çox sayda dövlət vəzifələrini ixtisar etdik və mən hamıya görə təəssüf edirəm”, - deyə Tramp Ağ Evdə keçirilən kiçik biznes tədbirində bildirib.
O əlavə edib: “İndi isə onlar məni bəyənirlər, çünki işdən ayrıldılar, özəl sektorda daha çox bəyəndikləri iş tapdılar və bəzən iki-üç dəfə daha çox maaş alırlar”.
Tramp artıq ləğv edilmiş Hökumətin Effektivliyi Departamenti (DOGE) vasitəsilə hökumətdə 300 mindən çox iş yerini ixtisar edib.
Qeyd olunur ki, federal əməkdaşlar bu ixtisarlardan sonra iş tapmaq üçün ciddi çətinliklərlə üzləşiblər.
Sevinc Əliyeva
Ordu.az