Ordu.az xəbər verir ki, bu barədə ABŞ Gizli Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Vaşinqton abidəsi yaxınlığında baş verən və hüquq-mühafizə orqanı əməkdaşının iştirakı ilə qeydə alınan atışma ilə əlaqəlidir.
“ABŞ Gizli Xidmətinin əməkdaşları Vaşinqton şəhərində 15-ci küçə ilə İndependens prospektinin kəsişməsində baş verən atışma hadisəsinin yerindədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfəri güllələyib, onun vəziyyəti hazırda məlum deyil. Təcili yardım briqadaları hadisə yerində işlədiyi üçün vətəndaşlardan həmin ərazidən uzaq durmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Hadisə zamanı ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən tədbirin fasiləsiz davam etdiyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az