“NBC News” Ağ Evin Şimal çəmənliyində jurnalistlərin təxliyə edildiyini bildirib

2026/05/1777954331.jpg
Oxunub: 341     08:04     05 May 2026    
ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evin Şimal çəmənliyində olan jurnalistlər təxliyə olunub.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Şərq vaxtı ilə təxminən saat 15:41-də Ağ Evin Şimal çəmənliyində olan media nümayəndələri ərazidən çıxarılıb.

Məlumata görə, Gizli xidmət əməkdaşları silahlarla binadan çıxaraq jurnalistlərə Ağ Evin brifinq zalına daxil olmağı tapşırıblar.

Təxminən beş dəqiqə sonra ABŞ Prezidenti Donald Tramp kiçik biznes sammitinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ağ Evin Şərq zalına daxil olub.

Qeyd olunub ki, zalda olan şəxslər çöldə baş verən hadisələrdən xəbərsiz olublar. Jurnalistlərə isə ilkin təxliyədən təxminən yeddi dəqiqə sonra yenidən əraziyə qayıtmağa icazə verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ağ-Ev  


Bizi "telegram"da izləyin