Ordu.az xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən "Tasnim" məlumat yayıb.
"ABŞ SEPAH-ın sürətli katerləri əvəzinə açıq-aşkar bir cinayət törədərək mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub", - məlumatda bildirilib və əlavə edilib ki, nəticədə 5 dinc sərnişin həlak olub:
"Amerikalılar bu cinayətə görə mütləq cavab verməlidirlər".
Qeyd edək ki, mayın 4-də ABŞ hərbi helikopterlər vasitəsilə Hörmüz boğazında İranın 6 kiçik katerini batırdığını açıqlayıb. İran hərbçiləri isə bu iddiaları təkzib edib.
Ordu.az