Omanda iki nəfər yaralanıb

2026/04/1775835700.jpg
Oxunub: 450     23:53     04 May 2026    
Omanın Buxa şəhərində, Hörmüz boğazı sahilində yerləşən yaşayış binasına edilən hücum nəticəsində iki nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

“Təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, hücum Buxanın Tibat rayonunda yerləşən şirkət əməkdaşları üçün nəzərdə tutulmuş yaşayış binasına edilib, nəticədə iki xarici vətəndaş orta ağır xəsarət alıb, dörd avtomobil zədələnib və yaxınlıqdakı evlərdən birinin şüşələri sınıb”, - deyə Omanın xəbər agentliyi məlumat verib.

Daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri İranı genişmiqyaslı hücumda ittiham etmişdi.

Bundan sonra Bəhreyn yüksək müdafiə hazırlığı səviyyəsi elan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Buxa   Hörmüz  


Bizi "telegram"da izləyin