“Pars Today”: “Fuceyra” yanğını ABŞ-nin avantürasının nəticəsidir

2026/03/1773658492.jpg
Oxunub: 482     23:50     04 May 2026    
“Fuceyra” neft obyektlərində baş verən yanğın ABŞ-nin avantürasının nəticəsidir.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

“Fuceyra limanının neft obyektlərində baş verən iri yanğın və bunun İran İslam Respublikasının silahlı qüvvələrinə aid edilməsinə dair cəhdlərlə bağlı məlumatlı hərbi mənbə bildirib: “İran İslam Respublikasının qeyd olunan neft obyektlərinə hücum etmək üçün əvvəlcədən heç bir planı olmayıb. Baş verənlər ABŞ ordusunun avantürasının nəticəsidir. O, Hörmüz boğazının qadağan olunmuş marşrutları ilə gəmilərin qeyri-qanuni keçidi üçün dəhliz yaratmağa çalışırdı. Buna görə məsuliyyət ABŞ ordusunun üzərinə düşür.

Amerikalı siyasətçilər diplomatik prosesdə güc tətbiq etmə kimi çirkin yanaşmadan imtina etməli və bütün dünya ölkələrinin iqtisadiyyatının asılı olduğu bu həssas neft regionunda hərbi avantüraya son qoymalıdırlar”, - deyə kanal yazır.

Daha əvvəl “Al Jazeera” telekanalı Fuceyra əmirliyinin mətbuat xidmətinə istinadən bildirmişdi ki, əmirliyin neft sənayesi obyektində İranın pilotsuz uçuş aparatı hücumu nəticəsində iri yanğın baş verib.

Hücum nəticəsində Hindistanın üç vətəndaşı yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fuceyra   ABŞ   İran  


Bizi "telegram"da izləyin