Ordu.az xəbər verir ki, bu barədə “Gulf Business” məlumat yayıb.
“Bu tədbir təhsil icmasının təhlükəsizliyini və rifahını təmin etmək məqsədilə həyata keçirilir”, - deyə qurumdan bildirilib və əlavə olunub ki, vəziyyət 2026-cı il mayın 8-də yenidən qiymətləndiriləcək və zərurət yaranarsa müddət uzadıla bilər.
Bu addım cəmi bir neçə həftə əvvəl, 2026-cı il aprelin 20-də, bazar ertəsi günü ölkə üzrə məktəblərin hazırlıq və təhlükəsizlik üzrə kompleks proqramların başa çatmasından sonra şagirdləri yenidən siniflərə dəvət etməsindən sonra atılıb.
Daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri İranı genişmiqyaslı hücumda ittiham edərək raket təhlükəsi elan etmişdi.
Sevinc Əliyeva
Ordu.az