Bəhreyn yüksək müdafiə hazırlığı səviyyəsi elan edib

2026/03/1774978288.jpg
Oxunub: 492     23:35     04 May 2026    
Birləşmiş Ərəb Əmirliklərinin raket təhlükəsi elan etməsindən və Əmirliklərə qarşı genişmiqyaslı hücumlarda İranı ittiham etməsindən sonra Bəhreyn yüksək müdafiə hazırlığı səviyyəsi elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Nazirliyi məlumat yayıb.

“Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı təsdiqləyir ki, bütün silahlanma və bölmələr müdafiə hazırlığının ən yüksək səviyyəsindədir”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   Hazırlıq  


Bizi "telegram"da izləyin