Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
“Tasnim”in məlumatına görə, ABŞ tərəfi daha əvvəl bir sıra bəyanatlar, o cümlədən Hörmüz boğazından iki gəminin keçməsi və İranın bir neçə hərbi mühərrikli qayığının məhv edilməsi barədə bəyanatlar səsləndirib, lakin bu iddiaların hər ikisi təkzib olunub.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bildirmişdi ki, ABŞ Silahlı Qüvvələri ticarət gəmiçiliyinə mane olmağa çalışan İranın altı mühərrikli qayığını məhv edib və Hörmüz boğazının açılmasına yönəlmiş “Azadlıq” layihəsi çərçivəsində İranın qanadlı raketlərini və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib.
Sevinc Əliyeva
Ordu.az