Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinin nəticələrini yekunlaşdırıb

2026/05/1777902598.jpg
Oxunub: 349     22:08     04 May 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinin nəticələrini yekunlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu gün həqiqətən vacib gündür. Avropa Siyasi Birliyinin VIII sammiti çərçivəsində çoxlu səmərəli görüşlər keçirildi. Ümumi təhlükəsizlik naminə işləməyə və həyatın qorunması imkanlarını gücləndirməyə hazır olan hər kəsə təşəkkür edirəm. Təşkilata görə Ermənistana və baş nazir Nikol Paşinyana təşəkkür edirəm. Çox sayda ölkə təmsil olunmuşdu və bu, çox böyük əhəmiyyət daşıyır. Bu, həyatı qiymətləndirən hər kəsin birliyinin miqyasını göstərir. Və bu birlik bu gün real gücə malikdir”, - deyə Ukrayna Prezidenti yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   İrəvan  


Bizi "telegram"da izləyin