BƏƏ-də raket hücumu xəbərlərindən sonra Dubay və Şarja istiqamətində uçuşlar gecikir

2024/12/1734066836.jpg
Oxunub: 461     21:37     04 May 2026    
Birləşmiş Ərəb Əmirliklərində raket hücumu ilə bağlı məlumatlardan sonra Dubay və Şarja istiqamətində uçuşlar gecikir.

Ordu.az xəbər verir ki, bu barədə “Flightradar24” monitorinq xidməti məlumat yayıb.

Yerli hakimiyyət orqanları hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyət göstərdiyini bildirir.

Bundan əvvəl BƏƏ hakimiyyət orqanları İranı genişmiqyaslı hücumda ittiham etmişdi. Raketlərin və pilotsuz uçuş aparatlarının məhv edilməsi barədə məlumat verilmişdi. Ölkədə raket təhlükəsi elan olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Dubay   Şarja  


Bizi "telegram"da izləyin