Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bu açıqlamadan təxminən iki saat əvvəl oxşar xəbərdarlıq edilib ki, bu da ABŞ ilə İran arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra ilk belə hal olub.
Öz növbəsində, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə vasitələri hazırda İrandan buraxılan raket zərbələri və yaxınlaşan pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır. Nazirlik təsdiq edir ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər ballistik raketlərin, qanadlı raketlərin və pilotsuz uçuş aparatlarının məhv edilməsi ilə bağlıdır.
“Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri raketlər və pilotsuz uçuş aparatları ilə bağlı təhdidlərə fəal şəkildə reaksiya verir. Müdafiə Nazirliyi bildirir ki, ölkə ərazisində eşidilən səslər raketlər və pilotsuz uçuş aparatlarına qarşı davam edən döyüş əməliyyatlarının nəticəsidir”, - deyə məlumatda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az